525.Az

Ermənilər Tərtərdə pambıq məntəqəsini atəşə tutub


 

Ermənilər Tərtərdə pambıq məntəqəsini atəşə tutub<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə tutub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, düşmənin pambıq qəbulu və emalı məntəqəsini atəşə tutması nəticəsində ərazidə yanğın baş verib.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 





19.10.2020    çap et  çap et