525.Az

“Smerç”lərin mülki təyyarələrlə Ermənistana çatdırılmasının qarşısı alınmalıdır"


 

“Smerç”lərin mülki təyyarələrlə Ermənistana çatdırılmasının qarşısı alınmalıdır"<b style="color:red"></b>

“Mən bir daha Azərbaycan Prezidenti İlham Əliyevin sözünü təkrarlamaq istəyirəm. Azərbaycan Ordusu üçün Ermənistanın ərazisində heç bir hədəf yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın suveren sərhədləri çərçivəsində addımlar atır və dinc əhaliyə qarşı heç bir əməliyyat keçirmir:

“Bununla yanaşı, Azərbaycan münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Lakin bu danışıqlar bir nəticəyə gətirməlidir. Biz beynəlxalq ictimaiyyətə müraciət edirik ki, bizim səylərimizi dəstəkləsin. Ermənistan tərəfinin könüllü adı altında əraziyə gətirdiyi muzdlu döyüşçülərlə bağlı məsələyə də diqqət çəkmək istəyərdik. Bu, region üçün böyük bir təhdiddir. Hazırda onlardan Azərbaycana qarşı istifadə olunur. Biz, həmçinin, Ermənistana silah və sursat çatdırılması məsələsini də vurğulamaq istəyərdik. Bu silah-sursat bəzən mülki təyyarələrlə daşınır. Bizdə bu barədə ətraflı məlumatlar var. Bu mülki təyyarələri idarə edən şirkətlər Avropa ərazisində yerləşir, bununla da, bütün konvensiyaları, beynəlxalq hüququ pozmuş olurlar. Biz həmin ölkələrə müraciət etmək istəyərdik ki, mülki uçuşlar və mülki təyyarələr vasitəsi ilə “qara bazar”da satılan silahların, raket sistemlərinin, xüsusən də “Smerç” raketlərinin Ermənistana çatdırılmasının qarşısını alsınlar. Çünki bu raketlər Azərbaycanın dinc əhalisinə qarşı istifadə olunur. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, Ermənistana çatan hər hansı silah Azərbaycanın dinc əhalisinə qarşı istifadə olunacaq”.

 





19.10.2020    çap et  çap et