525.Az

Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır


 

Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.

 





20.10.2020    çap et  çap et