525.Az

"Azərbaycanı bütün imkanlarımızla dəstəkləyəcəyik" - Hulusi Akar


 

"Azərbaycanı bütün imkanlarımızla dəstəkləyəcəyik" - <b style="color:red">Hulusi Akar</b>

“Atəşkəsi pozan Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini atəşə tutur, uşaq qadın demədən günahsız xalqı qətlə yetirməyə davam edir. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq”.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik”, - deyə nazir vurğulayıb.

 





20.10.2020    çap et  çap et