525.Az

Müdafiə Nazirliyi bəzi sosial şəbəkə istifadəçilərinə və KİV-ə müraciət etdi


 

Müdafiə Nazirliyi bəzi sosial şəbəkə istifadəçilərinə və KİV-ə müraciət etdi<b style="color:red"></b>

Müdafiə Nazirliyi bəzi sosial şəbəkə istifadəçilərinə və KİV-ə müraciət edib. 

APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin əməliyyatlarla bağlı fikirləri hərbi qulluqçuların həyatına təhlükə yarada bilər.

“Biz bir daha sosial şəbəkə istifadəçilərini və KİV-i yalnız Ali Baş Komandanın çatdırdığı məlumatlara və Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad  etməyə çağırır”, - deyə o bildirib.

A. Eyvazov Müdafiə Nazirliyi adından yeni uğurlar münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

 





20.10.2020    çap et  çap et