525.Az

Ukrayna mətbuatı İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırdı


 

Ukrayna mətbuatı İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırdı<b style="color:red"></b>

Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı bir sıra yaşayış məntəqələrini, o cümlədən Zəngilan rayonunun azad etməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Ukraynanın nüfuzlu “RBK-Ukrayna”, “Segodnya”, “Korrespondent” portallarında dərc edilən məqalələrdə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fikirlərinə istinadla Zəngilan şəhəri daxil olmaqla rayonun 6 və Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad olunduğu qeyd edilib.

Məqalələrdə, həmçinin Ermənistanın 241 tankının məhv edildiyi, 39 tankın isə hərbi qənimət kimi götürüldüyü vurğulanır.

 





20.10.2020    çap et  çap et