525.Az

Ermənistan Türkiyə məhsullarının idxalına qadağa qoydu


 

Ermənistan Türkiyə məhsullarının idxalına qadağa qoydu<b style="color:red"></b>

Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş nazirinin aparatının yaydığı məlumatda bildirilib.

Bu gün qəbul edilən qərara əsasən, dekabrın 31-dən 6 ay müddətinə Türkiyə istehsalı olan məhsulların Ermənistana gətirilməsi qadağan olunub.

Qeyd edək ki, bununla bağlı bir müddət əvvəl qərar layihəsi hazırlanıb və ictimai müzakirəyə təqdim edilib.

 





21.10.2020    çap et  çap et