525.Az

Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri azad olunub - Siyahı


 

Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri azad olunub - <b style="color:red">Siyahı </b>

Azərbaycan Ordusu bir sıra topraqları da erməni işğalından azad edib.

Bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində bildirib.

"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

 





21.10.2020    çap et  çap et