525.Az

"Qarabağ mövzusunda Rusiya ilə mütəmadi əlaqələrimiz var"


 

"Qarabağ mövzusunda Rusiya ilə mütəmadi əlaqələrimiz var"<b style="color:red"></b>

"Qarabağ mövzusunda Rusiya ilə mütəmadi əlaqələrimiz var. Digər ölkələrlə müqayisədə Prezidentimizin 24 saat ərzində rahat əlaqə qura biləcəyi şəxs Rusiya Prezidentidir".

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay "CNN Türk"ün "Tərəfsiz bölgə" verilişində danışarkən belə deyib.

F.Oktay bildirib ki, Minsk Qrupu həmsədrləri 30 ilə yaxındır problemin həllinə yox, həll olunmamasına cəhd etdiyi üçün Azərbaycan öz haqlarının müdafiəsinə qalxıb.

Rusiyanın konkret olaraq bu məsələdəki roluna gəlincə, F.OKtay deyib ki, Sovetlər dövründən Azərbaycan və Ermənistana yaxın olduğu üçün Rusiya təkbaşına bu münaqişənin həllinə dəstək verməyə çalışsa da, bu, mümkün olmayıb:
 
"Çünki o danışıqlarda Türkiyə də olmalı idi. Cənab İlham Əliyev də dəfələrlə bildirib ki, Türkiyənin olmadığı danışıqlarda bu problemin həlli yoxdur. Ermənistana necə dəstəklər verildiyini bilirik. Hətta cənab İlham Əliyev Ermənistana Rusiyadan hərbçi dəstəyinin olmasına dair faktiki rəqəmlər də səsləndirdi. Amma bütün bunlara və eləcə də bəzi mövzularda anlaşmadığımıza baxmayaraq, Rusiya ilə liderlər səviyyəsində rahatlıqla görüşürük. Türkiyə olaraq bizim fərqimiz bütün ölkələrlə əlaqələrimizi həll edilə bilinən və bilinməyən problemlərə ayırmağımızdadır. Ümid edirik ki, təkcə Rusiya ilə deyil, digər Minsk Qrupu həmsədrlərilə də danışıqlardan müsbət nəticələr əldə olunacaq. Əks təqdirdə, biz də Azərbaycanla aramızdakı hərbi sazişə uyğun addım atacağıq".

 





22.10.2020    çap et  çap et