525.Az

Türkiyənin Baş Ombudsmanı Heydər Əliyevin məzarını ziyarət etdi


 

Türkiyənin Baş Ombudsmanı Heydər Əliyevin məzarını ziyarət etdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç ilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini yad edib.

Bu barədə APA-ya Ombudsman Aparatından bildirilib.

Qeyd olunub ki, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin məzarları üstünə gül dəstələri qoyub.

 





22.10.2020    çap et  çap et