525.Az

Braziliya KİV nümayəndələri üçün işçi şam yeməyi-brifinq təşkil olunub


 

Braziliya KİV nümayəndələri üçün işçi şam yeməyi-brifinq təşkil olunub <b style="color:red"></b>

Oktyabrın 20-də Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən Braziliyanın bir sıra KİV nümayəndələri üçün işçi şam yeməyi-brifinq təşkil olunub.

Tədbirdə ölkənin aparıcı “Brasiliainfoco” “O Globo”, “Folha de Sau Paulo”, “Crusoe – CNN, “TV Brasilia”, “Record TV” və “Poder 360” media resursların nümayəndələri ilə yanaşı Türkiyənin Braziliyadakı səfiri Murad Atəş də iştirak edib.

 Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttində son hadisələrə dair məlumat verən səfir Elxan Poluxov, bu məsələdə Azərbaycanın mövqeyi dəyişməz qaldığını, münaqişənin BMT-nin TŞ-sı tərəfindən qəbul olunmuş dörd qətnamənin qeyri şərtsiz yerinə yetirilməsi əsasında həllinin mümkünlüyünü diqqətə çatdırıb.

1993-cü ildə məlum qətnamələrin qəbulunda, Braziliyanın (o zaman BMT-nin TŞ-nın qeyri daimi üzvü qismində) iştirakı qeyd olunaraq bu baxımdan, sözügedən qətnamələrin icra olummamasının mənəvi məsuliyyətinin, həmçinin, Braziliyanın üzərinə düşdüyü də bildirilib.

E.Poluxov Braziliyada yaşayan erməni lobbisinin destruktiv fəaliyyəti və onun sülh prosesinə xələl gətirdiyindən də söz açıb.

Səfir, Braziliya cəmiyyətində münaqişəyə dair qeyri obyektiv təsəvvürün yaranmasının mümkünlüyünü vurğulayaraq, bunu bəzi yerli KİV-in Avropanın media resurslarına istinad etmələri ilə əlaqələndirib. Bununla əlaqədar, jurnalistləri maraqlandıran məsələlər ilə bağlı səfirliyə bir başa müraciət olunması və bununla da Braziliya ictimaiyyətinə qərəzsiz və dolğun məlumatların çatdırılması təklif edilib.

M.Atəş öz növbəsində Türk və Azərbaycan xalqlarının qardaş xalqları olduğunu, ölkəmizin məlum olan münaqişədə ədalətli mövqeyin Türkiyə tərəfindən sona qədər dəstəklənəcəyini bildirib.

Bundan əlavə o, hər iki ölkənin Braziliya ilə səmərəli əlaqələrin qurduğunu qonaqların diqqətinə çatdırıb.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Yekun olaraq, hər iki səfir jurnalistləri regionda baş verən hadisələri daha fəal işıqlandırmağa çağırıblar.

Sonda qonaqlara səfirlik tərəfindən hazırlanmış məlumat qovluqları təqdim olunub.

 





22.10.2020    çap et  çap et