525.Az

“Azərbaycanın Milli Qəhrəmanları” elektron məlumat bazası təqdim edildi


 

“Azərbaycanın Milli Qəhrəmanları” elektron məlumat bazası təqdim edildi<b style="color:red"></b>

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycanın Milli Qəhrəmanları” adlı Elektron məlumat bazası hazırlanıb.

Elektron məlumat bazasında Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda rəşadətlə döyüşən və canından keçən Milli Qəhrəmanlar haqqında məlumatlar əks olunub.

Bu gün ölkəmizdə əsl Vətən Müharibəsinin getdiyi bir zamanda belə bir bazanın təqdim olunması xüsusilə əhəmiyyətlidir və gənc əsgərlərimizi qələbəyə daha da ruhlandırır. Qələbə bizimlədir, Azərbaycan əsgəri!

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/MILLI_QEHREMANLAR/index.html linkindən istifadə edə bilərlər.

 





22.10.2020    çap et  çap et