525.Az

“KTMT-nin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsindən danışmaq düzgün deyil”


 

 “KTMT-nin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsindən danışmaq düzgün deyil”<b style="color:red"></b>

“Hələ ki, münaqişə Dağlıq Qarabağ ərazisində gedir və Ermənistan ərazisinə keçməyib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsindən danışmaq düzgün deyil”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin deyib.

“Ermənistandan rəsmi sorğu gəlməyib. KTMT üzv dövlətlərə müəyyən vəziyyətlərdə, açıq-aşkar təcavüz olanda kömək edir. Hələlik söhbət Dağlıq Qarabağdan gedir, hansı ki, həmin ermənilər tərəfindən ora öz əraziləri kimi tanınmayıb və yəqin ki, tanına da bilməz. KTMT-nin müdafiə potensialının müdaxiləsindən danışmaq düzgün deyil”, - deyə rusiyalı nazir müavini vurğulayıb.

 





23.10.2020    çap et  çap et