525.Az

Liviyada qalıcı atəşkəs əldə olundu


 

Liviyada qalıcı atəşkəs əldə olundu<b style="color:red"></b>

Liviyada qalıcı atəşkəsin əldə olunması ilə bağlı razılaşma imzalanıb.

Bu barədə BMT-nin Liviya üzrə missiyası rəsmi "Facebook" səhifəsində məlumat verib.

BMT Liviya hərbi danışıqlarından sonra tərəflər arasında əldə olunan qalıcı atəşkəs razılaşmasını tarixi nailiyyət adlandırıb.

Detallar bəlli deyil, lakin tərəflər bu gün Cenevrədə atəşkəs razılaşmasının imzalanma mərasimində iştirak ediblər.

 





23.10.2020    çap et  çap et