525.Az

Şəhər və rayonların sərhədlərini özündə əks etdirən elektron baza yaradıldı


 

Şəhər və rayonların sərhədlərini özündə əks etdirən elektron baza yaradıldı<b style="color:red"></b>

GİS (Coğrafi informasiya sistemi) proqram təminatı əsasında inzibati rayonların sərhədləri, şəhərlərin, rayon mərkəzlərinin və digər yaşayış məntəqələrinin adları və sərhədləri, küçələrinin adları ilə bağlı məlumatları özündə əks etdirən müvafiq elektron baza yaradılıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, GİS formatında hazırlanmış məlumat bazasının özəl sektor nümayəndələrinin də cəlb edilməsilə açıq tipli məlumat formatına çevrilməsi istiqamətində tədbirlər davam etməkdədir.

Həmçinin məlumatda qeyd edilib ki, respublikanın bütün şəhər və rayonları üzrə 4 590 şəhər, rayon, qəsəbə, kənd və inzibati ərazi vahidlərinin adları ilkin variantda rus və ingilis dillərində hazırlanıb.

 





23.10.2020    çap et  çap et