525.Az

"Fransa jurnalistlərinin təhdid olunmasını pisləyirik" - Hikmət Hacıyev


 

"Fransa jurnalistlərinin təhdid olunmasını pisləyirik" - <b style="color:red">Hikmət Hacıyev</b>

Fransanın "TF1" telekanalının jurnalistləri erməni lobbisinin təzyiqləri ilə üzləşir.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

"Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın "TF1" jurnalistlərinin erməni lobbisi tərəfindən təzyqilərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik. Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur", -deyə H.Hacıyev bildirib.

 





23.10.2020    çap et  çap et