525.Az

ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq etdi


 

ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq etdi<b style="color:red"></b>

Oktyabrın 24-ü gün ərzində Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

APA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

 





23.10.2020    çap et  çap et