525.Az

Ermənilərin ən dəhşətli günləri hələ irəlidədir - Sosial şəbəkədə yazılanlar


 

Ermənilərin ən dəhşətli günləri hələ irəlidədir - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Şahin Cəfərli, siyasi şərhçi:

- Oyuncaq rejimin keçmiş rəhbərləri Saakyan və Qukasyan başılovlu İrəvana gediblər. Paşinyan onları qəbul edib. Arsrun Ovannisyan isə deyib ki, "geri çəkilmək hələ məğlubiyyət demək deyil". Deyəsən, vəziyyətləri biz düşündüyümüzdən də pisdir.

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Ordumuzun parlaq qələbələrindən adam az qala, şair olur: Budur, artıq Zəngilan da alındı, Qubadlının zəfər zəngi çalındı! Hər kəsi, ilk növbədə isə Zəngilan əhlini ürəkdən təbrik edirəm. İnanıram ki, itirib yenidən fəth etdiyimiz Vətən torpağının hər qarışını on qat, yüz qat artıq məhəbbətlə sevəcək, göz bəbəyimiz kimi qoruyacağıq!..

Aslan İsmayılov, hüquqşünas:

- Ermənilər üçün ən dəhşətli günlər hələ irəlidədir. 30 il bunlar blokadada, iqtisadi böhran içində yaşadılar, Rusiyanın dabanını yalayıb vassalı oldular, bütün beynəlxalq enerji layihələrdən kənarda qaldılar ki, Qarabağı həmişəlik alıblar. İndi isə arzuları gözlərində qaldı. Müharibə bitəndən sonra indiyə qədər qəhrəman olan miatsumçuları, artsaxçıları dar ağacından asmaq üçün növbəyə duracaqlar. Köçəryanlar, sarkisyanlar, balayanlar, kaputikyanlar və b. siçan deşiyi axtaracaqlar. Baxın, onda Ermənistanda mərəkə başlayacaq, Qarabağ eməniləri ilə Ermənistan erməniləri bir-birilərinə girəcəklər. Bu azmış kimi, indiyə qədər dünyaya meydan oxuyan, bu xəstə ideologiyaya milyardlar xərcləyən erməni lobbisi də günah keçisi axtarmağa başlayacaq. Bu gün Ermənistanda meydan sulayan daşnaklar da öz haqq etdikləri cəzalarını alacaqlar. Əvvəllər yazılarımın birində göstərdiyim kimi, bundan sonra Azərbaycanın yoxuşu, Ermənistanın isə çöküşü başlayacaq! Ara yerdə bədbəxtlər özləri cəhənnəmə, bizi də illərlə geri saldılar. Əvəzində heç vaxt olmamış kimi bizi birləşdirdilər. Digər tərəfdən də dediklərimi fikirləşən erməninin başı da qaçacaq. Bax bu, əsl faciə olacaq! Necə deyirlər - başqasına quyu qazanın özü düşər. Bunların quyusu da yaman dərin oldu! Allah böyükdür, haqqı heç vaxt nahaqqa verməz. Geci-tezi var!

Qulu Məhərrəmli, jurnalist:

- Dünən məmləkətdə hamımız ZƏNGİLANLI olduq, hamı o torpağın övladı kimi sevindi. Və çoxlarının zəngilanlı olması üzə çıxdı, o cümlədən, mənim də... Səmimi təbriklər üstümüzə yağış kimi yağdı, ruhumuzu oxşadı, qələbə xəbəri ilə birlikdə yaralarımıza məlhəm oldu. Doğulduğun, uşaqlığının keçdiyi, əzizlərinin uyuduğu o mübarək torpaqlara 27 ildən sonra yenidən qayıtmaq - sözlə çətin ifadə olunan duyğudur! Gözaydınlığı verən hər kəsə dərin ehtiramlar! Gün o gün olsun ki, tezliklə hamımız qubadlılı, laçınlı, kəlbəcərli, şuşalı, ağdamlı, ağdərəli, xankəndili olaq! Amin!

İmdat Avşar, şair, tərcüməçi:

- Azərbaycanın Prezidenti İlham Əliyev dünya siyasətində bir fenomen oldu! O, yumruğunu qaldırıb "Qarabağ bizimdir!" deyəndə elə bilirəm, erməni əsgərləri pərən-pərən qaçışırlar!

Azad Əliyev, jurnalist:

- Ukraynalı hərbi ekspert Yuri Podolyaka: "Qubadlı cəbhəsində Azərbaycan ordusunu mühasirəyə salıb əks-zərbə vurmağa çalışan erməni hərbi birləşmələri tamamilə məhv edilib. Ermənilər Laçın istiqamətində geri çəkilirlər. Erməni hərbçilərinin tək dünən Qubadlı istiqamətində yüzlərlə itkisi erməni generallarının məsuliyyətsiz qərarıdır. Ermənistan rəhbərliyi ya kapitulyasiya sənədinə qol çəkməli, ya da ordusunu Qarabağdan çıxarmalıdır. Bunu etməsələr, ordu tamamilə məhv olacaq".

Bahəddin Həzi, jurnalist:

- Birincisi, "Dağlıq Qarabağ" ifadəsini öz leksikonumuzdan çıxarmalıyıq; "Dağlıq Qarabağ" dedikcə, bu bölgənin sanki hansısa siyasi-hüquqi ayrıcalığını təhtəlşüura yeritmiş oluruq. İkincisi, bu bölgəyə hansısa hüquqi-inzibati ayrıcalıq tanımamalıyıq - muxtariyyət statusu verməməliyik. Hətta əgər öz iradəmizlə ölkəmizin bu hissəsinə nə zamansa, hansısa muxtar statuslu ayrıcalıq tanısaq (ki, buna lüzum görmürəm), bunu məqsədəuyğun bilsək, yenə də biz Qarabağı bir bütün olaraq götürməliyik - dağlıq və aran hissələrə ayırmadan. O halda əhali tərkibi də uyğun olacaq - demoqrafik üstünlük sığortası təmin ediləcək. Baxın, Qarabağın dağlıq və aran hissələrində yaşayan azərbaycanlılar nəinki Qarabağda, bütün Azərbaycan ərazindəki ermənilərin sayından çoxdur. Bu iki Qarabağ müharibəsində bölgədən qaçıb getmiş ermənilərin geri qaytarılması zamanı onların Azərbaycan bayrağı altında yaşamağa razılıq verməsi əsas şərtdir. Kim bu dövlətin vətəndaşlığını qəbul etmirsə, Qarabağ üzərində suverenliyini tanımırsa, onun Azərbaycan ərazisində yaşamağa nə hüquqi əsası var, nə də mənəvi haqqı. Əgər qarşı tərəf bu məsələni qaldırırsa və beynəlxalq birlik də buna dəstək verirsə, o zaman Ermənistandan zorla çıxarılıb qovulmuş yüzminlərlə azərbaycanlıların hüquqları da tanınmalıdır.

Osman Gündüz, İnternet Forumunun prezidenti:

- Baxıram ki, işğaldan azad olunan rayonlarda “Karabakh Telecom” mobil operatorunun ən azı 9 baza stansiyası varmış. Əgər qüllələr ordumuz tərəfindən dağıdılmayıbsa, onda mobil operatorlarımız elə indidən bu baza stansiyalardan effektiv istifadə edib mobil rabitəni qura bilərdilər. Danışırlar ki, ermənilər bəzi baza stansiyalarının generatorlarını işlətmək üçün zəruri olan yanacığı da qoyub qaçıblar Düşünürəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Radiotezliklər İdarəsi əlaqədar qurumlarla birgə işğaldan azad olan ərazilərin hazır infrastrukturundan hər üç operatorun bərabər əsaslarla istifadəsi üçün işlərə başlaması faydalı olardı. Yəni hazır baza stansiyası var, generator var, yanacaq varsa, niyə də bizim operatorların şəbəkəsi işə başlamasın. Adını çəkmirəm, amma bildiyim qədər artıq mobil operatorumuzun biri bu ərazilərdə mobil rabitəni işə salmaq üçün çalışır və ən qısa müddətdə şəbəkə hazır olacaq. Düşünürəm ki, eyni qüllədən hər üç operatorumuz istifadə etsə, qiymətlər də ucuz ola bilərdi. Yeri gəlmişkən, artıq işğaldan azad edilən rayonlarında elektrik enerjisi infrastrukturunun qurulmasına başlanılıb. "Azərişıq" Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsini planlayıb.

***

- Kapitulyasiya! Paşinyanın "qələbə, ya məğlubiyyət", Azərbaycana qarşı ölüm-dirim savaşı açmasından sonra Azərbaycanın təklifi yalnız kapitulyasiya ola bilər. Yəni Ermənistan qoşunları işğal olunmuş bütün ərazilərdən, o cümlədən, Şuşa və Xankəndi də daxil olmaqla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hesab olunan ərazidən tamamilə çıxarılmalıdır.

Prezidentin ilk günlərdən səsləndirdiyi ilkin təkliflərdən daha sərt şərtlər irəli sürülməlidir. Qısası, bizim Ermənistana təklifimiz kapitulyasiya olmalıdır. Bəşəriyyətə məlum olan, tarix boyu əldə olunan nəzəri və praktiki informasiyalar onu göstərir ki, əgər Ermənistanın əlində nə vaxtsa azacıq imkanlar olacaqsa, onlar bizim övladlarımıza, gələcək nəsillərimizə problem yaradacaqlar. Bu baxımdan, bu qədər şəhidlərimizin qanı hesabına, milyonlarla qaçqın və köçkünümüzün hesabına, bu qədər xərclədiyimiz resurslarımız hesabına, milyardlarla bizə vurulmuuş ziyan hesabına qazanılmış qələbəni yalnız ən ciddi Kapitulyasiya müqaviləsi ilə tamamlamaq olar. Son 30 ildə vurulmuş ziyanlar, Zəngəzur məsələsi və digər vacib məqamlar, Ermənistanın gələcəkdə dirçəlməsinə imkan verməyən məqamlar bu müqavilədə öz əksini tapmalıdır. Yaxın 100 ildə Ermənistana dirçəlmək şansını azacıqda olsa, vermək olmaz. Yalnız kapitulyasiya!

Şahbaz Xuduoğlu, naşir:

- Azad edilmiş kəndlərimizin görüntülərinə baxanda adam qəzəbini idarə edə bilmir; o evlər, həyətlər, sahələr nə hala salınıb. Əsirlikdə olan insanlarımız kimi davranıblar torpaqlarımızla.

Qubad İbadoğlu, iqtisadçı alim:

- Prezident İlham Əliyev Tvitter hesabında "Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü" - yazıb. Verilən məlumata görə, yenilməzi və xilaskar ordumuz Zəngilan və Qubadlı rayonu istiqamətində irəliləyib. Yalnız dünən və bu gün ermənilər həmin ərazilərdə yüzlərlə cəsəd buraxıb, geri çəkiliblər. Milli Ordunun müzəffər yürüşü qarşısında duruş gətirə bilməyən ermənilərə müraciətində Paşinyan hər bələdiyyənin, hər icmanın rəhbərinin liderliyi ələ alıb, özünümüdafiə dəstələri yaratmağa və erməni xalqını müdafiə etməyə çağırıb. O, xalqa müraciətində deyib ki, Qarabağ olmazsa, Ermənistan da olmayacaq. Görünür ki, Ermənistanda hərbi səfərbərlik yolu ilə orduya gedən yoxdur, eyni zamanda, Paşinyan Qarabağı itirilmiş hesab edir, Ermənistanı itirmək istəmir. Paşinyan və Arxiepiskop Pargev Martirosyan müraciətlərində "kim bacarırsa, silahını götürüb, Artsaka getsin" - çağırışı edib. Bununla Paşinyan problemin diplomatik yolla həllindən imtina edib. Gəlin, yenilməz Azərbaycan ordusu sizi gözləyir!

Hikmət Babaoğlu, millət vəkili:

- Dostlar, bu gün Bərdədən seçilmiş millət vəkili, həmkarım Fatma xanım Yıldırımın danışdığı bir hadisə məni o qədər mütəəssir etdi ki, onu sizlərlə bölüşmək qərarına gəldim. Şəhid olmuş, əbədi həyat qazanmış bir əsgərimizin dəfn mərasimində atası ürək yanğısı ilə diz çöküb ağlayan zaman Şəhid Anası həyat yoldaşının qolundan tutub qaldırır və deyir ki, ağlama, mən bu oğulu sənin üçün deyil, VƏTƏN üçün doğmuşdum, VƏTƏNƏ də qurban getdi!.. Baş əyirəm bu ANA qarşısında, Azərbaycan qadını qarşısında! Budur Azərbaycan əsgərinin güc mənbəyi! Budur qələbələrimizin, zəfərlərimizin rəhni!

 





23.10.2020    çap et  çap et