525.Az

"Mediada kibertəhlükəsizlik" mövzusunda onlayn təlim keçiriləcək


 

"Mediada kibertəhlükəsizlik" mövzusunda onlayn təlim keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Evrodizayn" şirkəti tərəfindən jurnalistlər üçün onlayn formatda təlim keçiriləcək. 

"Mediada kibertəhlükəsizlik" mövzusunda reallaşacaq təlim "Evrodizayn" şirkətinin İT və şəbəkə təhlükəsizliyi üzrə mütəxəssisi Ramil Baxşıyev tərəfindən təqdim olunacaq.

Təlimdə iştirak etmək istəyən jurnalistlər aşağıdakı məlumatları [email protected] elektron poçt ünvanına göndərə bilərlər:

1. Ad, ata adı və soyad

2. İş yeri

4. Vəzifə

5. Əlaqə nömrəsi

6. Şəxsiyyət vəsiqəsinin şəkli

7. İş vəsiqəsi və ya iş yerindən arayışın şəkli (*jpg, *pdf).

Təlimdə iştirak etmək üçün müraciətlər oktyabr ayının 26-sı saat 12:00-dək təqdim edilməlidir. Təlim 27 oktyabr saat 12:00-da başlayacaq.

 





23.10.2020    çap et  çap et