525.Az

Gənc rəssam Gəncə terrorunu tabloya köçürür


 

Gənc rəssam Gəncə terrorunu tabloya köçürür<b style="color:red"></b>

Lənkəran sakini, 18 yaşlı gənc rəssam Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasından ruhlanaraq yaradıcılığını bu mövzuya həsr edib. Uşaq yaşlarından rəssamlığa maraq göstərən Pərvin İmanovanın, demək olar ki, bütün yaradıcılığı Azərbaycanımızın tərənnümünə həsr olunub. "Odlar Yurdu"nun gözəlliklərini, mədəniyyətini, tarixini vəsf edən gənc sənətçi Lənkəran Uşaq Rəssamlıq Məktəbində təhsil alıb. Bir çox beynəlxalq və respublika əhəmiyyətli rəsm sərgilərində müvəffəqiyyətlə iştirak edib. Yaradıcılığında yurd sevgisinin qabarıq şəkildə təsvir edilməsi isə səbəbsiz deyil. Onun atası I Qarabağ müharibəsinin iştirakçısı olub, övladlarına vətənpərvərlik ruhu aşılaya bilib.

Pərvin İmanova "Report"a açıqlamasında Qarabağ haqqında böyüklərdən eşitdiklərini bildirib:

"Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan igidlərimizin qəhrəmanlığını, düşmənimizin nə qədər vəhşi olduğunu tarix dərsliklərindən öyrənirdik. İndi isə Vətən müharibəsini acıları, sevincli xəbərləri ilə yaşayırıq".

Gənc sənətçi şəhid general Polad Həşimovun cəsur, eyni zamanda sadə, gülərüz obrazını yaradanda böyük qələbənin müjdəçisi kimi təqdim etməyə çalışıb.

P.İmanova uşaq qatilləri olan ermənilərin Gəncə şəhərində törətdikləri amansız terror aktı zamanı həyatını, ailəsini itirən günahsız körpələrin faciəsini tabloya köçürür. Gənc sənətçi bu tablosu ilə Azərbaycanın haqq səsini internet üzərindən dünyadakı həmyaşıdlarına çatdırmaq niyyətindədir.

 





24.10.2020    çap et  çap et