525.Az

Aviasiyamız düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib


 

Aviasiyamız düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib<b style="color:red"></b>

Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

 





24.10.2020    çap et  çap et