525.Az

Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan əsgər kimi istifadə edir


 

Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan əsgər kimi istifadə edir<b style="color:red"></b>

Sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrində şəxsi heyət çatışmazlığını əks etdirən video paylaşılıb.

APA-nın təqdim etdiyi həmin videoda açıq şəkildə göstərilir ki, Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan əsgər kimi istifadə edir.

Bunu etməklə, Ermənistan bir çox beynəlxalq konvensiya və normaları  - BMT-nin Uşaq Hüquqları Konvensiyası və UNICEF-in Paris Konvensiyasını - açıq şəkildə pozur.

Qeyd edək ki, Ermənistan KİV-lərdə ordunun, həmçinin, ərzaq, hərbi geyim, tibbi ləvazimatlar və s. təchizat növlərindən korluq çəkməsi ilə bağlı kifayət qədər materiallar dərc edilməkdədir.

 





24.10.2020    çap et  çap et