525.Az

“General Həzi Aslanov” neft tankerində partlayış olub: 3 dənizçi itkin düşüb


 

“General Həzi Aslanov” neft tankerində partlayış olub: <b style="color:red">3 dənizçi itkin düşüb</b>

Azov dənizində Rusiya bayrağı altında üzən üzən “General Həzi Aslanov” neft tankerində baş vermiş yanğından sonra iki dəfə partlayış olub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə zamanı gəmidə 13 heyət üzvü olub. Onlardan 10 nəfəri xilas edilib.

FHN-in Krasnodar diyarındakı regional şöbəsinin yaydığı məlumata görə, dənizçilərdən digər 3 nəfərinin axtarışı davam etdirilir.

Tankerdə yanğın neft məhsullarının buxarından yaranıb. Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker “Qafqaz” limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.

 

 





25.10.2020    çap et  çap et