525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz  20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq.

Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz  16-21 dərəcə  isti olacaq. 

 





25.10.2020    çap et  çap et