525.Az

Azərbaycan və Ermənistan XİN rəhbərləri Minsk qrupunun həmsədrləri ilə görüşəcək


 

Azərbaycan və Ermənistan XİN rəhbərləri Minsk qrupunun həmsədrləri ilə görüşəcək<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyanın birgə görüşü keçiriləcək.

Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatında bildirilib.

Məlumata görə, həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşəcəklər.

"Həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər" deyə, bəyanatda bildirilib.

 





26.10.2020    çap et  çap et