525.Az

“Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”


 

“Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”<b style="color:red"></b>

“Bizdə dəqiq məlumat ver ki, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenidən səfərbər edir, yenə də silahlanmaq istəyir:

“Və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var. Və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir. Müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var: nə vaxt hansı təyyarə gəlib, nəyə gəlib, neynəyib gətirib, necə boşaldıb, hara göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə Ermənistana silah göndərir? Axı Ermənistan diz çöküb. Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”.

 





26.10.2020    çap et  çap et