525.Az

Ermənistan Bərdəyə hücumda kasetli bombadan istifadə edib


 

Ermənistan Bərdəyə hücumda kasetli bombadan istifadə edib <b style="color:red"></b>

"Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatına görə, Ermənistan Bərdədə mülki şəxslərə qarşı "Smerç" raketindən istifadə edib. Halbuki mülki insanlara qarşı belə kasetli bombaların istifadəsi qadağandır".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

"Hadisə nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb", - o bildirib.

 





27.10.2020    çap et  çap et