525.Az

Daha 988 nəfərdə koronavirus aşkarlandı: 340 sağalan, 11 ölən var


 

Daha 988 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red"> 340 sağalan, 11 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 52.137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42.033 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib, aktiv xəstə sayı 9405 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11.426, ötən müddət ərzində isə ümumilikdə 1.319.474 test aparılıb.

 





28.10.2020    çap et  çap et