525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Ermənistan bu bölgədə dövlət kimi mövcud olmayacağının təməlini qoyur. Belə namərd qonşunu heç kim istəməz. Riyakarlıqlarına göz yuman dəstəkçiləri də bir gün bezəcək, iyrənəcəklər onlardan.

Namərdlik, qana susamaq, xəyanətkarlıq sağalmır, müalicə olunmur. Zaman-zaman bütün dünya dərk edəcək erməni xislətini.

***

Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə kriminal-xunta rejiminin yeni-yeni cinayətləri aşkar olunur.

İndi kor və kar olanların, erməni hiyləsinə, təbliğatına uyanların da gözü açılar yəqin ki. Xocalıda soyqırım edən, günahsız, köməksiz insanlara qarşı qətliam törədən, məsum körpələrin qanına susayan, şəhərlərimizi, kəndlərimizi viran qoyan vəhşilərin insanlığa sığmayan cinayətlərinə biganə qalmaq mümkünsüzdür. Erməni xislətinin mahiyyətini hamı dərk etməli, bütün bəşər onlardan üz döndərib, xəstə genlərinə tüpürməlidir.

Bu gün Ordumuz təkcə ərazi bütövlüyümüzü yox, həm də ilahi ədaləti bərpa edir. İnsanlıq əleyhinə dəhşətli cinayətləri ortaya çıxarır.

Nahaq qan yerdə qalmaz.

Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Ali Baş Komandan!

Yaşasın müstəqil Azərbaycan!

***

Balaca uşaqların dəstə-dəstə xorla "Qarabağ bizimdir, bizim olacaq!" çağırışları ruhu qanadlandırır.

***

Telefonu kənara qoymaq olmur; birdən xoş xəbər gələr, gec eşidərəm.

***

Biz fitrətən mərhəmətli, ürəyiyumşaq, bağışlayan xalqıq. Genlərimiz sağlamdır, namərd, riyakar, arxadan zərbə vuran, qəddar deyilik. Erməni kimi olmağımız qeyri-mümkündür.

Amma müharibə getdiyi indiki vaxtda kimdəsə erməniyə gizli rəğbət hissi görəndə heyrətlənirəm. Düşmənin elədiyi bu qədər namərdliklər qarşısında hələ də onun hansısa müsbət keyfiyyətlərini yada salanları anlaya bilmirəm. Atalar sözümüz ən gözəl yol işarəsidir: İlanın ağına da lənət, qarasına da.

***

O taydan qaçan erməniləri fitləyib, gələn Azərbaycan əsgərlərini "Yaşasın Azərbaycan" deyə alqışlayan həmvətənlərimizin coşqusunu görmək adamı qürurlandırır və kövrəldir.

***

Xəritəyə baxın, tələsməyin, Şuşaya bir az var hələ...

***

Şəfəqlərini əsirgəmə, Günəş!

***

Bəzi adamlar elə bilirlər, müharibə kompüter oyunudur: "Bizim kənd nooldu?", "Şuşanı almadıq?", "Tvit gözləyirik" və daha nələr.

Ordumuzun rəşadəti, Şəhidlərmizin qanı, Ali Baş Komandanın qətiyyəti hesabına, bir çox kənar təzyiqlərə rəğmən, torpaqlarımız işğaldan azad olunur!

30 il dözmüşük, 3 ay dözə bilmirik!..

***

Cənab Prezident qürur duyduğumuz bütün qətiyyətli, prinsipial və mərd keyfiyyətləri ilə yanaşı, həm də olduqca mədəni və kübar insandır. Bu kübarlıq hətta çıxış edərkən hirsləndiyi məqamlarda da özünü açıq-aydın büruzə verir. Ermənilərə xitabən deyir: "Füzuliyə eybəcər bir ad qoyublar, o ad sizin başınıza dəysin, cəhənnəmə getsin o ad".

Bir başqa çıxışında da "düşük" sözünü üzr istəyərək işlədir. Amma "düşük" sözü Paşinyanın dingiş hərəkətlərini tam, dolğun ifadə edir.

İşlətdiyi ən kəskin ifadə isə ürəklərə yağ kimi yayılıb, dillər əzbəri olub, məsələ çevrilib: "İti qovan kimi qovacayıq!.."

Var olun, cənab Ali Baş Komandan!

***

"Özgəsinə quyu qazan özü düşər".

Bu məsəli ən çox ermənilərə aid etmək olar. Tarix boyu başqalarına quyu qaza-qaza yaşayıblar. Məkr, hiylə, xəyanət genlərindədir. Rusa da, fransıza da, amerikalıya da arxadan bıçaq sancmağa hazırdırlar. Onların yazıqlığı, yaltaqlığı da sünidir. Utopik xəyalları yolunda hər alçaqlığa gedirlər. Belə alçaqlıqları əbədi olaraq heç kim bağışlamır.

***

Səfər Əbiyev Silahlı Qüvvələrə Yardım Fonduna vəsait keçirib? Bilən var?

***

Turşsu Şuşa-Laçın yolunun tən ortasında, hər birindən təxminən 20 kilometrlik məsafədədir. “Google” xəritəsində Lısaqor (Keçəldağ) aşırımı kimi də qeyd olunur.

Dərədə möcüzəli, şəfalı Turşsu bulağı var. Yayın ilk aylarından Qarabağ camaatı Turşsu yaylağına köçər, çadırlar qurub yaşayardılar. Bulaqdan yuxarıdakı qoşa, qocaman palıdlar, yəqin, oranı görənlərdən çoxunun xatirindədir.

Turşsudan Laçına tərəf olan Qaladərəsi kəndində jurnalist Salatın Əsgərova 1991-ci ildə düşmən gülləsinə tuş gəlmişdi. Kadrları xatırlayırsızsa, Çingiz Mustafayev 1992-ci ildə Şuşadan çıxan qoşunlarımızın qarşısını Turşsuda kəsmişdi. Onun "geri dönün" yalvarışları hələ də qulaqlarımızdadır.

Ordumuz Cəbrayıl-Qubadlı istiqamətində bir aşırımı da geridə qoyandan sonra Turşsu - Laçın koridorunun ürəyi ovcumuzda olacaq. Ordan o yana isə Vətən müharibəmizin, haqlı savaşımızın sonuna bir addım qalacaq.

3 ağac sağa Şuşa, 3 ağac sola Laçın! Və düşmənin kapitulyasiyası!

***

Hər tvitdən sonra gözlər xəritəyə dikilir; Sirikdən Turşsuya nə yol qaldı ki?!

***

Evdə oturub işğaldakı yurdlarımıza vaxtından əvvəl salam verməyə çalışmayın.

Əvvəlcə dronlarımız, əsgərlərimiz salam versin, sonra siz.

Qəhrəman virtual yox, canlı salam verəndir!..

***

Müharibə gedə-gedə məğlub ordu nümayəndələrinə milli qəhrəman adı vermək də düşüklükdür. Paşinyan elə deyilmişkən varmış.

***

Hər kəs öz hisslərini öz ağlı və istedadı səviyyəsində ifadə edir.

***

Qisas 20 noyabra qalmaz!

Dünəndən bəri cəbhə bölgəsindən gələn qeyri-rəsmi xəbərlərdə, həmçinin, erməni tərəfinin vay-şivənində Xocavənd rayonundakı məşhur Qarakəndin də Azərbaycan Ordusunun güclü zərbələrinə məruz qaldığı yer alır.

Bu o bədnam Qarakənddir ki, ötən yüz ildə ermənilər vaxtaşırı oradan Azərbaycana, dinc soydaşlarımıza qarşı yüz cür fitnə-fəsad törədib, hücumlar ediblər. Cəzasız qaldıqca, özlərini "toxunulmaz" bildikcə də həyasızlaşıblar.

Hələ 1918-ci ildə Nuru Paşanın komandan olduğu Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi zamanı da mənfur Qarakəndin haqlı cəzadan hansısa yolla qurtulduğu bildirilir.

Və bu o Qarakənddir ki, 29 il öncə - 1991-ci ilin 20 noyabrında erməni terrorçuları onun yaxınlığında, Ağdamın Mərzili kəndi ərazisində Azərbaycana məxsus Mİ-8 vertolyotunu amansızcasına vurub saldılar.

Həmin terror aktının qurbanlarından söz açılarkən ilk növbədə Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Dövlət müşaviri, Daxili İşlər naziri olmuş Məhəmməd Əsədov, tanınmış publisist, Prezidentin Mətbuat xidmətinin rəhbəri Osman Mirzəyev, tanınmış telejurnalist və şair Alı Mustafayev yada düşür. Çünki onlar şəxsi keyfiyyətləri, parlaq əməlləri ilə daha çox önə çıxmış, Azərbaycan xalqının böyük rəğbət və hörmətini qazanmışdılar. Ancaq 20 noyabr qurbanlarının siyahısı yalnız bu əfsanələşmiş şəxsiyyətlərlə bitmir. Millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, nazir müavini Qurban Namazəliyev, teleoperator Fəxrəddin Şahbazov, teleişıqçı Arif Hüseynzadə, Dövlət katibinin köməkçisi Rafiq Məmmədov, prokuror Plavski, nazir müavini Serikov (Qazaxıstan), milis generalı Lukaşov, milis rəisi Kovalyov, DTK-nın şöbə rəisi İvanov, hərbi komendant Jinkin, podpolkovnik Koçerev, ekipaj üzvləri - Kotov, Domov, Yarovenko da o dəhşətli cinayətin qurbanlarıdır.

Onların kömürə-kösövə dönüb tanınmaz olmuş cəsədlərinin görüntüləri hələ də gözlərimiz önündən çəkilmir. Terroru törədənlərin o zamanlar aşkarlanıb cəzalandırılması səriştəsizlik və qətiyyətsizlik üzündən mümkün olmadı. Sonra isə müharibənin daha da alovlanması səbəbindən bu, bir qədər arxa plana keçdi. Amma unutmadıq, unuda da bilməzdik! O vəhşiliyi törədən erməni faşistləri cəzasız qalsa, onların yuvalandığı məntəqə düşməndən təmizlənməsə, 20 noyabr qurbanlarının ruhu rahatlıq tapmaz və bu, yəqin ki, Allaha da xoş getməz.

Bu günlərdə Qarabağda ardıcıl zəfərlərlə tarix yazan şanlı Ordumuz, inşallah, lap tezliklə Qarakəndi də azad edər. Beləliklə, o dəhşətli cinayətə qurban gedənlərin qisası, erməni terrorçuların cəzası nəinki 30-cu ildönümü olan 2021-ci ilə, heç bu ilin 20 noyabrına da qalmaz!

Allah əsgərlərimizi, Ordumuzu qorusun!

Var olsun Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

***

Ermənilərin tarix boyu törətdiyi vəhşilikləri hamı, hər gün, hər yerdə xatırlatmalıdır.

***

Müharibə adamları tez tanımağa kömək olur.

***

Tanrı əsgərlərimizi qorusun!

Günəş də Haqqın tərəfindədir.

Şəfəqləri xoş xəbər müjdəçisi olsun!

***

Qərb siyasətində, mediasında, elmində həqiqəti bilənlər çoxdur. Fəallıq edən qərəzlilər 150 illik erməni diasporunun təsirində olanlar, öyrədilib məqsədli göndərilənlərdir. Cəbhədəki kimi informasiya müharibəsində də Ali Baş Komandan olan Prezident İlham Əliyev "yüksək dəqiqliklə" bütün naqolay sualları, gizli dayaqların bütün arzularını puç edir, sarsıdır.

***

Kəlbəcərin relyefi çətin, ərazisi böyükdür. İndi Kəlbəcərin azad olunmasına güc sərf etmək səmərəsizdir. O istiqamətdə Ağdərəni laxlatmaq, mərkəzdə Xocavəndi - Qırmızı Bazar və Qarakəndlə birlikdə azad etmək, cənubda Cəbrayıl-Qubadlı səmtdən Turşsuya enib Laçın dəhlizini bağlayaraq üzü Şuşaya doğru getməklə müharibənin taleyini həll etmək olar. Yəqin qalib Ordumuz elə belə də edəcək.

Tanrı əsgərlərimizi qorusun!

Yaşasın müzəffər Ali Baş Komandan!

***

Laçın dəhlizini bağlayandan sonra 3 günlük atəşkəs yox, "nəfəsdərmə" etmək olar. Trampın xətrinə...

***

Gizlinə çəkilərək təklikdə hönkürüb ağlamaq...

***

50 yaşını Ağcabədidə, Taxtakörpüdə məcburi köçkünlərlə keçirən Ali Baş Komandan 59 yaşını Laçında, Şuşada keçirər, inşallah!

 





28.10.2020    çap et  çap et