525.Az

Qarabağda qaz çəkilişi işlərinə başlanılır


 

Qarabağda qaz çəkilişi işlərinə başlanılır <b style="color:red"></b>

Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqların yaşayış məntəqələrində infrastruktur layihələrinə start verilib.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, hazırda qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir.

Bu məqsədlə "Azəriqaz" bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb.

Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib.

 





28.10.2020    çap et  çap et