525.Az

SOCAR: “Azərbaycanla Türkiyə bölgənin və Avropanın enerji xəritəsini dəyişdi”


 

SOCAR: “Azərbaycanla Türkiyə bölgənin və Avropanın enerji xəritəsini dəyişdi”<b style="color:red"></b>

Azərbaycan Türkiyədə qaz sənayesində yeni tarix yazır”.
 
Bunu Türkiyə televiziyalarından birinə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Energy A.Ş"nin Baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın 1940-ci ildən başlayan neft tarixi var: "İnanıram ki, Azərbaycanın gücü Türkiyənin gücüdür, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz birgə layihələr həyata keçirdik".

O bildirib ki, həm Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), həm Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, həm də Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin hamısı bölgənin və Avropanın enerji xəritəsində dəyişiklik edən layihələrdir.

Onun sözlərinə görə, bundan sonra da belə layihələr olacaq: "Bunun üçün siyasi iradə var. Bizim liderlərimiz hər zaman bu siyasi iradəni ortaya qoyublar. Biz də bir enerji şirkəti olaraq ölkə başçılarının siyasi iradələrini yerinə yetirəcəyik və daha böyük nailiyyətlər əldə edəcəyik".

 





28.10.2020    çap et  çap et