525.Az

Sənət adamlarından Qarabağ mövzulu videoçarx


 

Sənət adamlarından Qarabağ mövzulu videoçarx <b style="color:red"></b>

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən "Qarabağı bərpa etməyə cümlə hazırız!" adlı videoçarx hazırlanıb.

Videoçarx Ali Baş Komandan, Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır!" çağırışından ruhlanaraq, onun ətrafında birlik nümayiş etdirən ziyalılarımızın Azərbaycanın mədəniyyət beşiyi - Qarabağın bərpası və inkişafı naminə cümlə hazır olmalarının ifadəsidir.

Videoçarxda Azərbaycanın tanınmış sənətkarlarından Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Məleykə Əsədova, Eyyub Yaqubov, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar artistlər Ədalət Şükürov, Fərqanə Qasımova, Bəhram Bağırzadə, Lalə Məmmədova, Əməkdar mədəniyyət işçisi Aşıq Samirə, Bakı Uşaq və Gənclər Teatrının aktyorları və qəlbi Qarabağ həsrəti ilə döyünən digər mədəniyyət xadimləri iştirak ediblər.

 





28.10.2020    çap et  çap et