525.Az

“New Straits Times” qəzeti: "Humanitar atəşkəs kobud şəkildə pozuldu"


 

“New Straits Times” qəzeti: "Humanitar atəşkəs kobud şəkildə pozuldu"<b style="color:red"></b>

Yalnız Malayziyada deyil, həmçinin Cənub-Şərqi Asiya regionunda ən tanınmış nəşrlərdən olan “New Straits Times” qəzeti Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna raket hücumu barədə xəbər yayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin oktyabrın 27-də yayılmış bəyanatına əsasən qeyd edilib ki, bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə əldə edilən humanitar atəşkəs razılaşdırılmasını kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir.

Həmçinin bildirilib ki, iki ölkənin Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqları pozmaq məqsədi güddüyünün bariz göstəricisidir.

Vurğulanıb ki, Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Məlumatın sonunda cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyət qəti mövqe nümayiş etdirməyə çağırılıb.

 





29.10.2020    çap et  çap et