525.Az

Diplomatik korpusların nümayəndələri Bərdədə - Yenilənib


 

Diplomatik korpusların nümayəndələri Bərdədə - <b style="color:red">Yenilənib</b>

Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Bərdəyə səfəri başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev müşayiət edir.

Diplomatlar Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atılan ərazilərə baş çəkəcəklər.

***


“Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Bizim diplomatik korpusumuza canı yanma üçün təşəkkür edirik!”

 





29.10.2020    çap et  çap et