525.Az

"Ermənistan bölmələri geri çəkilməyə məcbur edilir"


 

"Ermənistan bölmələri geri çəkilməyə məcbur edilir"<b style="color:red"></b>

Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır: "Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.

Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük. 

Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı  hədəfə alır.

Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək".

 





29.10.2020    çap et  çap et