525.Az

Ermənistan təxribatı nəticəsində 90 nəfər ölüb, 392 nəfər yaralanıb


 

Ermənistan təxribatı nəticəsində 90 nəfər ölüb, 392 nəfər yaralanıb<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.

Bundan başqa, 423 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 406 yaşayış evi yararsız vəziyyətə düşüb.

 





29.10.2020    çap et  çap et