525.Az

"Sentyabrın 27-dən Tərtərə 15 500-ə yaxın mərmi düşüb"


 

"Sentyabrın 27-dən Tərtərə 15 500-ə yaxın mərmi düşüb"<b style="color:red"></b>

“Tərtər mütəmadi olaraq atəş altındadır. Sentyabrın 27-dən bu günə qədər Tərtərə ümumilikdə 15 500-ə yaxın mərmi düşüb. Bir günə 2280 ədəd mərmi düşdüyü gün olub”.

APA-nın məlumatına görə, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrinin Tərtər rayonuna səfəri zamanı yerli və xarici mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, mərmilərin düşməsi nəticəsində 17 nəfər dinc sakin həlak olub:

“Onlardan 1-i uşaq, 1-i isə qadındır. 61 nəfər yaralımız var. Yaralıların 51-i artıq öz evlərinə buraxılıb, 10 nəfər isə respublikanın müxtəlif şəhərlərində müalicə alırlar. İndiyə qədər 133 ev tamamilə dağılıb, 873 ev qismən ziyan çəkib, 14 məktəb, 3 xəstəxana, 18 inzibati bina, 65 ictimai yaşayış binasına (1-i tamamilə dağıdılıb) ziyan dəyib. Ümumilikdə 1200-ə yaxın insan ermənilərin Tərtərə hücumundan ziyan çəkib”.

M. Məmmədov insanların təhlükəsizliyi üçün rayonda görülən işlərdən də danışıb:
 
“Tərtər rayonunun kəndlərində 11 ədəd sığınacaq, şəhər ərazisində 44042 kvadrat metr böyüklüyündə sığınacaq hazırlanıb. Əhalinin böyük əksəriyyəti sığınacaqlardadır”.

 





29.10.2020    çap et  çap et