525.Az

"Bərdə sakinlərinin əzmini diplomatik korpus nümayəndələri də gördülər”


 

"Bərdə sakinlərinin əzmini diplomatik korpus nümayəndələri də gördülər”<b style="color:red"></b>

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə biz Bərdə, həmçinin də Tərtər şəhərinə bu səfəri təşkil etdik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev səfərdə iştirak edən Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndələrə və hərbi attaşelərə təşəkkür edib:
 
“Dünən və ondan əvvəlki gün Ermənistan Silahlı Qüvvələri tərəfindən “Smerç” raketləri və kasetli bombalardan istifadə edilərək Azərbaycanın Bərdə şəhəri intensiv şəkildə atəşə tutulub. Bunun nəticəsində çoxlu sayda insan tələfatı baş verib və çoxlu insanlar yaralanıb. Bərdə şəhəri cəbhəyanı zonadan 60-70 km kənar məsafədə yerləşir. Ermənistanın Bərdə şəhərini qadağan olunmuş silahlarla atəşə tutmasının yalnız bir məqsədi var idi: mülki insanların qətlinə səbəb olmaq və mülki insanlar arasında panika yaratmaq. Ancaq onlar bu məqsədlərinə heç bir halda nail ola bilməyəcəklər. Bərdə sakinlərinin əzmini bizim diplomatik korpus və hərbi attaşelər də bir daha gördülər”.

 





29.10.2020    çap et  çap et