525.Az

"Bu günədək Azərbaycan ərazisinə 13 ədəd ballistik “Skad” raketləri atılıb"


 

"Bu günədək Azərbaycan ərazisinə 13 ədəd ballistik “Skad” raketləri atılıb"<b style="color:red"></b>

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə 13 ədəd ballistik “Skad” raketləri atılıb.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Onun sözlərinə görə, həmin raketlərdən 2-si Gəncə, 1-i Mingəçevir, 1-i Qəbələ, 1-i Kürdəmir ərazisinə düşüb: “Bundan başqa Füzuli rayonu ərazisində 1 ədəd partlamamış Toçka-U raketi aşkarlanıb”.

 





29.10.2020    çap et  çap et