525.Az

"İndi zəfər çağıdır" - Salam Cavadlının şeiri


 

"İndi zəfər çağıdır" - <b style="color:red">Salam Cavadlının şeiri </b>

Azərbaycan mərd oğullar yurdudur,
Dünya görür, ordum necə ordudur!
Qan udduran zalım indi qan udur,
Alçalan həm özü, həm bayrağıdır.

Zəfər sevindirir xalqı doyunca,
Yürüş etdik uca dağlar boyunca,
Göydən hənir gəldiyini duyunca
Düşmən qaçır, qalan boş papağıdır.
Ağbirçəyim, dur, xına qoy saçına,
Elim gedir Zəngilana, Laçına,
Ucal, Vətən, ucal şöhrət tacına,
Nisgil ötür, indi zəfər çağıdır.

Türk qardaşım bir dağ kimi dayandı,
Haqq niyyəti, qətiyyəti bəyandı,
Haqsız dünya silkələndi, oyandı,
Amma yenə dərdi-səri yağıdır.

Çox ölkələr çoxüzlü, çoxdildilər,
Haqlı ikən, nə yazdıqsa, sildilə
r,
Zor görüncə anladılar, bildilər
Cənnətməkan kimin Qarabağıdır.

Salam CAVADLI

 





29.10.2020    çap et  çap et