525.Az

"Qalib gələcəyik deyirəm, vallah" - Şeir


 

"Qalib gələcəyik deyirəm, vallah" - <b style="color:red">Şeir </b>

Ön cəbhədə vuruşan bacım oğlu Türkanın timsalında bütün Azərbaycan əsgərlərinə

Orda ayağına heç daş dəyməsin,
Su kimi get, oğul, su kimi qayıt.
Düşmənin hiyləsi səni əyməsin,
Su kimi get, oğul, su kimi qayıt.

Unutma, cənnətin özü ordadı,
Dünyanın nəzəri, gözü ordadı,
Hamının duası, sözü ordadı,
Su kimi get, oğul, su kimi qayıt.

Günəş tellərini yandırıb yaxmaz,
Anan namaz üstə, səcdədən qalxmaz,
Yağmurlar dayanar, şimşəklər çaxmaz,
Su kimi get, oğul, su kimi qayıt.

Ədalət sevəndir o böyük Allah!
Büdrəməz ayağın sənin, inşallah,
Qalib gələcəyik deyirəm, vallah,
Su kimi get, oğul, su kimi qayıt!

 





29.10.2020    çap et  çap et