525.Az

Anar Kərimov: "Zəngilandakı məscidin tövlə kimi istifadəsi islam dünyası üçün təhqirdir"


 

Anar Kərimov: "Zəngilandakı məscidin tövlə kimi istifadəsi islam dünyası üçün təhqirdir"<b style="color:red"></b>

“Ermənilərin işğal edilmiş ərazilərimizdəki tarixi abidələrin təyinatının dəyişdirilməsi haqqında faktlar var”.

Bu fikirləri oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

Zəngilandakı məsciddən tövlə kimi istifadə edilməsinin beynəlxalq normaların pozulması ilə yanaşı, müsəlman, islam dünyası üçün təhqir olduğunu söyləyən A.Kərimov deyib:

"Bu, vandalizm aktıdır. Ümid edirik ki, beynəlxalq təşkilatlar tərəfindən bu fakt lazımınca pislənəcək və qiymət veriləcək. Ümid edirik ki, beynəlxalq təşkilatlar Ermənistanı tarixi abidələri nişan alıb məhv etməsini dayandırmağa çağıracaq".

 





29.10.2020    çap et  çap et