525.Az

Ermənistanın indiki durumu faşist Almaniyasının 1945-ci ildəki vəziyyəti ilə eynidir


 

Ermənistanın indiki durumu faşist Almaniyasının 1945-ci ildəki vəziyyəti ilə eynidir<b style="color:red"></b>

"Erməni dilini bilməsəm də, bu gün Nikol Paşinyanın canlı yayımla xalqına müraciətinə baxdım. Təkcə zahiri görünüşü, danışıq tərzi artıq tam tükəndiklərinin göstəricisidir".

Bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayıov öz Feysbuk səhifəsində Ermənitanın baş naziri ilə bağlı paylaşdığı statusunda bildirib.

Sonra müxtəlif mənbələrdən N.Paşinyanın çıxışının məzmunu ilə də tanış olduğunu qeyd edən A.İsmayılov Ermənistanın indiki durumunun faşist Almaniyasının 1945-ci ildəki vəziyyəti ilə eyni olduğunu vurğulayıb:

"O vaxtlar da Sovet Ordusu Berlini bombardman edəndə Hitler yerləşdiyi bunkerdən Ordusuna əks hücum göstərişləri verib xalqa "biz sovetlərin sonuna çıxacağıq" deyirdi. Bura Ermənistandakı ölkə daxili qarşıdurmanı da əlavə etsək, fəlakətlərini görməmək mümkün deyil.

Mən faşist Almaniyası ilə təsadüfdən müqayisə aparmadım. Bu gün Ermənistanda baş verən hər şey onları xatırladır. Ermənilərin yenidən ayağa durub sivil dünyaya qoşulması, başqa xalqlarla sülh şəraitində yaşamaları üçün Almaniyanın İkinci Dünya müharibəsindən sonra atdıqları addımları təkrarlamalı və dünya qarşısında üzr istəyib faşist ideologiyasının tam surəti olan ermənilik ideologiyasından və "böyük Ermənistan" xülyasından birdəfəlik imtina etməlidirlər. Bu gün orada baş verənləri izləyəndən, uşaqların, qadınların müharibəyə cəlb olunduğunu, Bərdədə dinc sakinlərin bombardman edildiyini gördükdən sonra mən başqa variant görmürəm.

Bununla belə, biz müharibə tam bitməmiş bir dəqiqə belə arxayınlaşmamalıyıq. Hər kəs var gücü ilə özünü əsgər və zabitlərimizin yanında hiss etməli, bacardığı köməkliyi göstərməlidir. Bu gün ən vacib işi müharibədə həlak olmuşların ailələrinə qayğıda, yaralanmışlara bütün imkan olan köməklikləri göstərməkdə, döyüşlərdə iştirak edənlərin yaxınlarına dəstəkdə görürəm. Bu gün hamımıza şərəfli günləri yaşadan, başımızı uca edən məhz ön cəbhədə vuruşan əsgər və zabitlərimizdir. Hər birimiz özümüzü müharibədə hiss etməliyik!

Uca Allah Əsgər və Zabitlərimizi qorusun! Düşmənin sonuna lap az qaldı!"

 





29.10.2020    çap et  çap et