525.Az

"Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket zərbələrinin endirilməsi xəbəri yalandır"


 

"Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket zərbələrinin endirilməsi xəbəri yalandır"<b style="color:red"></b>

Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdür: “Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir”.

 





29.10.2020    çap et  çap et