525.Az

Təhsil müəssisələrində tədrisin hansı halda əyani aparıla biləcəyi açıqlandı


 

Təhsil müəssisələrində tədrisin hansı halda əyani aparıla biləcəyi açıqlandı<b style="color:red"></b>

Xüsusi karantin rejimi dövründə Təhsil Nazirliyinə yeni səlahiyyət verilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

Dəyişikliyə əsasən, 2020-ci il 1 dekabra qədər sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında  Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə biləcək.

 





29.10.2020    çap et  çap et