525.Az

"Sonda detallı qiymətləndirmənin keçirilməsi planlaşdırılır"


 

 "Sonda detallı qiymətləndirmənin keçirilməsi planlaşdırılır"<b style="color:red"></b>

“Biz bir neçə cür problemlə üzləşmişik”.

APA-nın məlumatına görə, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bir tərəfdən bizim cəbhə bölgəsinə yaxın, əvvəlki təmas xəttində olan ərazilərimizdə yaşayan şagirdlər bir tip problemlə üzləşiblər:

“Bakıda, Abşeronda, Sumqayıtda, böyük şəhərlərdə yaşayan şagirdlərimiz isə başqa bir problemlə üzləşiblər. Yəni, burada internetə çıxış, öyrənmə imkanları daha çoxdur. O cümlədən, Azərbaycanın müxtəlif bölgələrində müxtəlif səbəblərdən müxtəlif formatda tədris təşkil olunub".

Nazirin sözlərinə görə, nəticələrin qiymətləndirilməsi hazırda mümkün deyil:

"Proses bitməlidir ki, biz bunu qiymətləndirə bilər. Təbii ki, detallı qiymətləndirmənin həyata keçirilməsi planlaşdırılır. Həmin qiymətləndirmə həyata keçiriləndə hansı bölgələrdə hansı yaş qrupları, hansı siniflərdə ləngimələrin olduğu müəyyənləşəcək. Ləngimələr gözləniləndir. Deyə bilmərik ki, hazırda təhsili əvvəlki səviyyədə təqdim edə bilirik. Bunu hamı başa düşür. Amma hər bir halda bu boşluqların aradan qaldırılması üçün müdaxilələrin edilməsi təbii ki, planlaşdırılır. Bu, çox vacibdir. Yenə deyirəm, bu, yaş xüsusiyyətindən asılı oaraq fərqlidir. Birinci sinifdə ayrı müdaxilədir, ali təhsildə bu, başqadır. Amma son olaraq şagird təlim nəticələrinə yiyələnməlidir. Bütün məqsədimiz budur".

E.Əmrullayevin sözlərinə görə, yaranmış bu vəziyyətdə həmin təlim nəticələrindən təhsilalanın nə qədər uzaq vaxtda olduğunu müəyyənləşdirdikdən sonra nəticələrə çatmaq üçün nə etmək olar sualının cavabı bəlli olacaq:
 
"Səmimi desəm, hazırda obyektiv səbəblərdən bu sualın cavabı yoxdur. Bununla bağlı hesabat formatlı bir təqdimat etməyə hazırıq”.

 





30.10.2020    çap et  çap et