525.Az

Ermənistanın təxribatları nəticəsində 91 nəfər ölüb, 400 nəfər yaralanıb


 

Ermənistanın təxribatları nəticəsində 91 nəfər ölüb, 400 nəfər yaralanıb<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun məlumatında bildirilir ki, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 400 nəfər yaralanıb.

Bundan başqa, 428 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 442 yaşayış evi yararsız vəziyyətə düşüb.

 





30.10.2020    çap et  çap et