525.Az

Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş başladı


 

Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş başladı<b style="color:red"></b>

Bu gün Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş keçirilir.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan "Twitter"də bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşü başlayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

Həmsədrlər və A. Kaspşik Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla da görüşəcəklər.

 





30.10.2020    çap et  çap et