525.Az

Biz qisası döyüş meydanında alırıq... - Sosial şəbəkədə yazılanlar


 

Biz qisası döyüş meydanında alırıq... - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Çingiz Sultansoy, jurnalist:

- Müharibənin birinci ayı sona yetdi. 68 yaşımı xoş xəbərlərlə, gələcəyə ümidlə qarşılayıram - Milli Ordumuz Sığnax, Çanaqçı, Mədətkənd, Moşxmhat, Zərdanaşen, Taqaverd kəndləri uğrunda döyüşür və Ağbulaq kəndinin ətrafını topla vurur. Bu kəndlərin hamısı Qırmızı Bazardan qərbdə yerləşir, deməli, əsgərlərimiz Şuşaya (!) yaxınlaşır. Ermənilər Tərtəri və güney ətrafını top-raketlə vururlar ki, qoşunlarımızı yaxınlaşmağa belə qoymasınlar. Bu, uzun sürə bilməz. Mühasirəni yarsaq, Qarabağ uğrunda savaş son mərhələyə qədəm qoyur, yarmasaq, mühasirəyə düşmək təhlükəsi başımızn üstünü alacaq. Ermənilər bunu yaxşı başa düşür, ona görə dirəşiblər, - bunu hərbi ekspert Oleksiy Arestoviç yazır. Xaricdən qarışıq xəbərlər gəlir... Mənimçün çox önəmli bir məqam: məsələ tək Qarabağda deyil, artıq görünür ki, haqqında ilk dəfə 28 il əvvəl, Xocalıdan dərhal sonra yazdığım problem - xalqımızın canına hopan milli natamamlıq kompleksi sanki döyüşlərin od-alovunda əriyib yox olur. Millət özünün aşağılıq, yazıqlıq, məğlubluq kompleksindən - milli natamamlıq kompleksindən, "Millətimiz pisdi", "Rüşvətxorluq, satqınlıq qanımızdadır" kimi fikirlərdən gözgörəti qurtulur. Bu ləkəni düşmən qanıyla yuyuruq, bir də özümüzün - şəhidlərimizin. Artıq bu problem uşaqlarımıza, nəvə-nəticələrimizə qalmayacaq, onlar milli natamamlıq kompleksi olmadan yaşayacaq. Axı biz məğlub olmamışdıq, bizi məğlub eləmişdilər dünya fövqəlgüclərinin köməyilə.

Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, doğmalarına-yaxınlarına başsağlığı verirəm. Uca Allah bizim orduya kömək olsun!

İlham Quliyev, jurnalist:

- Bu gün cəbhədəki uğurlarla yanaşı, diplomatik müstəvidə gələn açıqlamalar da ürəyimizi açdı. Həm ABŞ-ın NATO-dakı nümayəndəsinin, həm də Rusiya prezidenti Vladimir Putinin açıqlamaları Azərbaycanın ərazi bütövlüyünün bərpasına tam dəstək kimi qiymətləndirilə bilər! Ordumuzun uğurlu əməliyyatlarından və bu açıqlamalardan sonra Ermənistanın artıq Qarabağ münaqişəsi ilə bağlı heç bir şansı qalmır!

Sahib Kərimli, iqtisadçı:

- Ali Baş Komandan hər dəfə "Şəhidlərimizin qanı bahasına torpaqlarımızı azad edirik" dedikcə, "Mən" sözünün əvəzinə "Biz və Türkiyə" dedikcə, ucalır və Milli liderə çevrilir. İlham Əliyev Beynəlxalq siyasətin əsas oyunçularından biri kimi özünü təsdiq etdi. "BMT qərarlarının icraçısıyıq" - mükəmməl ifadə edilib. Hüquqi bazayla hamını fakt qarşısında qoydu və üst siyasət Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı olub. "Dünya 5-dən böyükdür!"ə dəstək də ayrı bir performans idi. Prezident diplomatik cəbhədəki durumla bağlı mümkün olan qədər Xalqa bilgi verdi. Qarabağın erməni əhalisinə səsləndi, Azərbaycan Ordusunun onların da xilaskarı olduğunu, birgəyaşayışda problem görmədiyini bildirdi. Bu arada, Paşinyan da deyib ki: "Erməni xalqı kompromisə hazırdır, amma Qarabağın kapitulyasiyasına yox". Düşünürəm ki, Ermənistan dövlətini kapitulyasiyaya məcbur etməməyimiz Azərbaycan Xalqının kompromisidir. Qarabağdakı terroristlərdən kapitulyasiya tələb edən də yoxdur. Onlar ya öləcəklər, ya da Ermənistana qovulacaqlar. Prezidentin dediyi kimi, azərbaycanlı olmaq istəyən, terror dövlətlərinin və ideologiyaların mahiyyətini başa düşən erməni varsa, bizimlə birlikdə yaşaya bilər.

Qarabağ Azərbaycandır!

Azərbaycan böyükdür!

İradə Tuncay, jurnalist:

- Qarabağ torpağı o qədər bərəkətlidir ki... Əlindən təsadüfən bir tum düşə, böyüyüb ağac olur.Və sən belə torpağı viran qoymusan. Əkməmisən, biçməmisən. Torpağın da öz qarğışı olur. Tutacaq sizi, xaraba bayquşları...

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Erməni təbliğatının kifayət qədər uğurlu və geniş radiuslu olduğunu etiraf etmək lazımdır. Amma nəticə etibarı ilə bu təbliğat ermənilərin özlərinin zombiləşməsinə gətirib çıxarıb. Onlar dünyanı fantastik uydurmalarına inandırmaqla yanaşı özləri də bu yalanlara inanıblar və onilliklər boyu uydurduqları miflərin eyforiyası ilə yaşayıblar. İndi qəhrəman ordumuzun zərbələri altında ayılırlar. Biz tək torpaqlarımızı azad etmirik, həm də hörümçək toru kimi dünyanı bürümüş erməni hiylə və yalan torunu dağıdırıq.

***

- Kompyuter arxasında oturub status yazmaq indi bəlkə də, işlərin ən asanıdır. Həm cəbhədə, həm də dinc şəhər və kəndlərimizdə qurbanlar veririk. Bəzən adam qəhərini boğa bilmir. Amma bu savaş nə vaxtsa mütləq olmalı idi. Qurbansız isə savaş olmur. İndi bizə qənim kəsilmiş bir dövlətin ayaqda qalması üçün İkinci Dünya müharibəsində 300 000 insanımızı qurban vermişik. Bu gün isə öz Vətənimiz, milli varlığımız və ləyaqətimiz uğrunda müqəddəs savaş gedir. Nəyin bahasına olursa olsun, onu qələbə ilə başa çatdırmalıyıq! Verilən qurbanlar hamımızındır - dünyanın ən şirin neməti olan həyatlarını itirənlər hər birimizin qardaşı, bacısı, övladlarıdır. Qoy alçaq düşmənin axıtdığı nahaq qanlar əsgərlərimizin intiqam hissini daha da alovlandırsın!

Rəşad Süleymanov, jurnalist:

- Sosial şəbəkədə yayılan, işğal altındakı Azərbaycan ərazilərindəki erməni hərbçilərinin görüntülərinə baxıram. Ayağı yalın, geyimi yox, ac qalmış, masasında yavan çörəkdən başqa bir şey olmayan erməni əsgərləri. Sifətlərində "bu nə zibil idi düşdük?" sualı aydın görünür. Texniki imkanlardan 70-80 faiz məhrum olan, canlı qüvvədə çoxsaylı tələfat verən düşmən fiziki və psixoloji cəhətdən yorulub. İndi də aclıq, təminatın yetərsizliyi, mühasirə vəziyyətinin yaranması düşmən ordusunda nə qədər sərt cəza tədbirləri tətbiq olunmasına baxmayaraq ajiotajlara, panikaya yol açır. Ac qalmış, təminatı olmayan əsgər nə düşünə bilər? "Bizi satdılar". "Bizi qəsdən qırğına göndərirlər", "Tüpürüm bunlara!" "Rədd olsunlar!", "Çıxaq aradan!" Əvvəl biri deyəcək. Sonra 10-u, sonra 100-lər. Sonra hamısı. Hətta komandirlər də. Aclıq güc gələndə sən o sən deyilsən. Ermənistandan gətirilmiş qocalar, cavanlar əldə silah düşəcəklər kəndlərdə qalmış erməni əhalinin canına. Mülki əhalinin sonuncu çörəyini əlindən alacaq, evləri, mağazaları qarət edəcəklər. Başlayacaqlar quldurluğa. Etiraz edənləri silahla təhdid edəcək, öldürəcəklər. Bu təbii qanunauyğunluqdur.  Şurduvaslarla Ermənistandan gələnlər arasında bu qarşıdurmaları müşahidə etməyimizə az qalıb. Müharibənin hər günü onlarla milyon dollar xərclər, yüzlərlə, minlərlə insan itkisi deməkdir. Ermənistanın bunu qarşılayacaq nə imkanı, nə də canlı qüvvəsi var. Hələ bunun müharibədən sonrası necə olacağını demirəm. Hələ 100 minə yaxın qaçqının necə saxlanacağını da demirəm. Görəcəkli günləri qabaqdadır. Düşüncəsi "Artsax", lideri sarsaq olan bir toplumun sonu beləcə xarakiri etməkdir.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Erməni lobbisi gedib Elon Mask (Musk)-da "ilişib". Lobbinin təhriki ilə bir qrup ermənilər Elon Maskın rəhbərlik etdiyi SpaceX şirkətinin əməkdaşlarına kütləvi email (spam) göndəriblər. Onlar Maskdan Türkiyənin Türksat -5A peykinin orbitə çıxarılması ilə bağlı sifarişini ləğv etməyi tələb edirlər. Bununla bağlı məşhur TechCrunch saytı bir yazı da hazırlayaraq dərc edib. Məlum olduğu kimi 2-3 il bundan öncə Mask Türkiyədə Prezident Ərdoğanla görüşüb.Görüşdə Türkiyənin Türksat-5A və 5B telekommunikasiya peyklərinin SpaceX vasitəsilə orbitə qaldırılması haqqında müqavilə imzalanıb. Xatırlayıram ki, türklər Mask-la əlavə olaraq elektrik avtomobili, alternativ enerji və Tesla ilə əməkdaşlıq haqqında da razılaşmalar imzalamışdılar. Maraqlı məqamlardan biri odur ki , Türksat-5A -nı Airbus(Fransa) hazırlayır. Müqavilə şərtlərinə görə noyabrın 30-u Türksat-5A nın SpaceX vasitəsilə orbitə qaldırılması nəzərdə tutulub. Hansı ki, erməni lobbisi bundan xəbər tutaraq bu müqaviləni əngəlləmək üçün SpaceX-ə təsir etmək istəyirlər. Ümid edirəm ki, qlobal şirkətlər olan SpaceX və Airbus erməni havadarlarının və lobbisinin təsiri altına düşməyəcək və müqavilə öhdəliklərinə əməl edəcəklər.

Leyla Sərabi, şairə:

- Xankəndi doğum evindən söz düşmüşkən... 1986-cı il... Anam ilk övladını dünyaya gətirmək ərəfəsində ikən Xankəndində Marqo adlı erməni ginekoloqun qəbuluna yazılmağı məsləhət görürlər. Həmin illərə qədər Marqo bu ərazinin savadlı, vicdanlı həkimlərindən sayılırmış. Ya da özünü belə qələmə verirmiş.

Doğum anınadək hamiləlik stabil irəliləyir. 1986-cı ilin yanvarında qardaşım dünyaya gəlir. Anam körpəsini qucağına da alır. Sağlam, normal çəkili uşaq bir neçə saat içində canını tapşırır. Ölümün səbəbi haqda absurd bəhanələr gətirsələr də, acı həqiqət dəyişmir.

İllər sonra Marqonun erməni mətbuatında müsahibəsi dərc olunur. Təsadüfdən həmin müsahibə anamın da qulağına çatır. Marqo böyük erməni xalqına şərəfli xidmətindən, doğulan kimi cəhənnəmə yolladığı onlarla türk əsgərindən fəxrlə danışır. Uşaq vaxtı anamı ölən körpəsinin yasını tutduğu üçün qısqanırdım. Özüm ana olandan sonra mən də o yasın parçasına çevrildim. Tək bizim ailəyə qarşı ilk erməni terroru idi bu.

 Bu hadisəni Fransada nigeriyalı həkimimə danışmışdım. İnanın, qadının bədənini vəhşət bürümüşdü. Ona görə Afrika qəbilələrini erməni terrorçularına tay tutmayın. Ermənilər nəcis sortdur.

Erkin Qədirli, millət vəkili:

- 80 il öncə, 1940-cı ilin sentyabr-oktyabr aylarında, nasist Almaniyası Britaniyanın şəhərlərini bombalayanda (ard-arda 57 gün, hər gün ortalama 70 ton bomba), Çörçil, başqa şeylərlə yanaşı, bunları demişdi: "Onlar görə biləcəkləri ən pis işi görürlər (günahsız vətəndaşlarımızı öldürürlər), biz görə biləcəyimiz ən yaxşı işi görəcəyik (vətəndaşlarımızı öldürənləri öldürəcəyik)". Orijinalda: "They do their worst - we will do our best". Ali Baş Komandan İlham Əliyev, başqa sözlərlə olsa da, eyni şeyi deyir. Qisası döyüş meydanında alırıq. Ordumuza eşq olsun!

 





30.10.2020    çap et  çap et