525.Az

COVID-19-la mübarizədə mütəşəkkil profilaktika vacibdir


 

GƏNCƏDƏ BU YÖNDƏ FƏALİYYƏT GÖSTƏRƏN MOBİL QRUPLAR YARADILIB

COVID-19-la mübarizədə mütəşəkkil profilaktika vacibdir<b style="color:red"></b>

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq yerlərdə kompleks tədbirlər davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyəti nəzdində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində sakinlərlə davamlı maarifləndirmə işləri aparırlar.

Gənc könüllülərin də qatıldığı mobil heyət tərəfindən küçə və meydanlarda,  park və xiyabanlarda, banklar və ticarət obyektlərində,  əhalinin sıx toplaşdığı digər ərazilərdə  intensiv izahetmə işləri həyata keçirir, vətəndaşlara sanitar-gigiyenik normalara əməl edilməsinin vacibliyi xatırladılaraq, onlara COVID-19 infeksiyasından qorunma üsulları haqda bukletlər paylanılır.

"Mövsümi səbəblərlə yanaşı, yoluxmaların sayının artması  insanların profilaktik qaydalara biganəliyi ilə bağlıdır. Odur ki, bu məsələdə də mütəşəkkilliyimizi artırmalıyıq.  Kütləvi profilaktik davranışların aşılanması, bu istiqamətdə maariflənmənin genişləndirilməsi olduqca vacibdir."- deyə, qrupun üzvü Kənan Məmmədov bildirir.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılma tempinin qarşısının alınması istiqamətində respublikamızın ikinci şəhərində rəsmi qurumlarla yanaşı, xüsusən gənclərin təmsil olunduğu bir sıra ictimai təşkilatlar da maarifləndirmə kampaniyalarına başlayıblar.

Zakir MURADOV
Gəncə

Qeyd edək ki, Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.

 





30.10.2020    çap et  çap et